Norveç Sarkisyanın dəvətini rədd etdi

13:51 | 16.03.2015
Norveç Sarkisyanın dəvətini rədd etdi

Norveç Sarkisyanın dəvətini rədd etdi

Norveçin baş naziri Erna Solberq ölkəsinin "erməni soyqırımı"nın yüz illiyi ilə əlaqədar təşkil olunacaq tədbirlərə ölkəsinin baş nazir və nazirlər səviyyəsində qatılmayacağını açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Norveçin baş naziri Erna Solberq erməni soyqırımının 100-cü ildönümü ilə bağlı təşkil olunan tədbirlərə qatlmayacaqlarını bəyan edib.

Baş nazir Türkiyə ilə münasibətlərin daha önəmli olması səbəbindən dəvət olunduqları tədbirdən imtina edəcəklərinə eyham vurub.

Baş nazir aprelin 24-də keçiriləcək qondarma erməni soyqırımı tədbirində yalnız Norveçin Ermənistandakı səfirinin iştirak edəcəyini deyib.

Norveç Nazirlər Kabinetinin mətbuat katibi Baard Qlad Pedersen erməni soyqırımı ilə bağlı məsələlərin tarixçilərin öhdəsinə buraxılmasının vacibliyini qeyd edib: "Bu məsələ uzun illərdir mübahisə doğurur. Amma nəyin soyqırım olduğunu deyib-deməmək BMT-nin qərarı ilə bəlli olmalıdır. Buna görə də dəyərləndirmənin tarixçilərin öhdəsinə buraxmalıyıq".

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM