Norveç Bakıdakı səfirliyini bağlayacaq

09:36 | 10.11.2018
Norveç Bakıdakı səfirliyini bağlayacaq

Norveç Bakıdakı səfirliyini bağlayacaq



Norveç Bakıdakı səfirliyini bağlamaq qərarına gəlib. 

Oxu.Az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

Bildirilir ki, Norveç Gürcüstanda səfirlik açmaq niyyətindədir. 

Norveçin Azərbaycanla münasibətlərinə ölkənin Ankaradakı səfirliyi cavabdeh olacaq. 

Eyni zamanda bildirilir ki, Krallıq Bakıda fəxri baş konsulluq açmaq niyyətindədir. 

Norveçin Cənubi Qafqazdakı diplomatik təmsilçiliyindəki dəyişikliklər 2019-cu ildə reallaşacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb