"Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib. Azərbaycan çempionu Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.
Yunanıstanın "Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında "Qarabağ”da keçirəcək.
Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.
28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin "Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın "Hereneven”, Norveçin "Lillström” və "Rusenburq”, Almaniyanın "Hoffenhaym” kimi klublarında çıxış edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !