Norveçdə silahlı hücumlar edilib, ölən və yaralananlar var

22:30 | 15.07.2020
Norveçdə silahlı hücumlar edilib, ölən və yaralananlar var

Norveçdə silahlı hücumlar edilib, ölən və yaralananlar var

Norveçin cənub-şərqindəki Sarpsborq şəhərində ötən gecə soyuq silahla törədilən hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin dövlət teleradio şirkəti bildirib.

Məlumata görə, hadisə zamanı xəsarət almış qadınlardan biri xəstəxanada ölüb. Daha bir zərərçəkən isə kritik vəziyyətdədir.
Hücumlar şəhərin müxtəlif yerlərində edilib.

Polis idarəsi "Twitter”də hücumların törədilməsində şübhəli bilinən bir nəfərin tutulması haqqında bildirib. Bu halda asayiş keşikçiləri vurğulayıblar ki, cinayətkar tək olmaya bilər və Sarpsborq sakinlərini evdə qalmağa çağırıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb