Norveçin fondu bir ilə 164 milyard dollar itirib

23:54 | 31.01.2023
Norveçin  fondu bir ilə 164 milyard dollar itirib

Norveçin fondu bir ilə 164 milyard dollar itirib

Dünyanın ən böyük suveren sərvət fondu olan Norveç Dövlət Pensiya Fondu (aka Neft Fondu) 2022-ci ili 1,637 trilyon kron (164 milyard dollar) rekord itki ilə başa vurub.

Fondun maliyyə hesabatlarına əsasən, ötən il onun aktivlərinin dəyəri 14,1% azalıb. Buna baxmayaraq, nəticə ölkənin əsas fond indeksindəki dəyişiklikdən 0,88 faiz bəndi yaxşı olub.

Səhmlərə investisiyalar üzrə fond 15,3%, sabit gəlirli alətlərə 12,1% itirib. Eyni zamanda, daşınmaz əmlaka qoyulan investisiyalar 0,1%, yaşıl enerji şirkətlərinə isə 5,1% gəlir gətirdi.

"Mənfi faktorlar yüksək inflyasiya, yüksək faiz dərəcələri və Ukraynadakı münaqişə olub",  -  Norges Bank Investment Management-in baş icraçı direktoru Nikolay Tangen bildirib.

"Bu, eyni zamanda həm fond bazarına, həm də istiqraz bazarına mənfi təsir göstərib ki, bu da çox qeyri-adi haldır. Enerji sektoru istisna olmaqla, fond bazarının bütün sektorları ötən ili mənfi gəlirlə bitirib", - Tangen deyib. 

İl ərzində Norveç kronu bir neçə əsas dünya valyutası qarşısında ucuzlaşıb ki, bu da fondun dəyərinin 642 milyard kron artmasına səbəb olub.

Norveç Dövlət Pensiya Fondu 1990-cı ildə yaradılıb. Fondun idarə edilməsinə cavabdeh olan Norges Bank Investment Management, Norveç mərkəzi bankının bölməsidir.

31 dekabr tarixinə fondun dəyəri 12,429 trilyon kron təşkil edib. İnvestisiya portfelinin 69,8 faizini səhmlərə, 27,5 faizini istiqrazlara, 2,7 faizini daşınmaz əmlaka, 0,1 faizini bərpa olunan enerji mənbələri (RES) sahəsində aktivlərə yönəldib.

Hazırda fond dünyanın bütün səhmlərinin təxminən 1,3%-nə sahibdir, 63 ölkədən 9,23 minə yaxın şirkətin səhmlərinə malikdir. Apple, Microsoft, Alphabet (Google holdinqi), Nestle və Amazon.com səhm portfelində ən əhəmiyyətli paylara sahibdirlər.

Dövlət qiymətli kağızları portfelində ən böyük payı ABŞ, Yaponiya və Almaniyanın istiqrazları tutur. Ümumilikdə fonda 48 ölkədən emitentlərin suveren və korporativ istiqrazlarının 1,43 min emissiyası var.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM