Notr-Dam kilsəsindəki yanğın söndürülüb

09:00 | 16.04.2019
Notr-Dam kilsəsindəki yanğın söndürülüb

Notr-Dam kilsəsindəki yanğın söndürülüb

Parisin Notr-Dam kilsəsindəki yanğın tam söndürülüb.

Bu barədə "Figaro” yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Bundan əvvəl yanğının lokallaşdırıldığı barədə xəbər yayılmışdı.

Bu arada, Fransa mədəni irsinin qorunması dövlət fondu Notr-Dam kilsəsinin bərpası üçün "Notr-Damı xilas edək” şüarlı ianə toplama aksiyasına start verib. Aksiya onlayn şəkildə təşkilatın saytında aktivləşdirilib.

Saytın ziyarətçilərinə 50-500 avro civarında və ya istifadəçinin seçiminə uyğun məbləğdə ianə vermək təklif olunur.

Alternativ olaraq bank kartından aylıq tutulmalar təklif edilir (aya 10 avrodan 100 avroya qədər).

***

Parisin ən məşhur məkanlarından olan 850 yaşlı Notr-Dam kafedralının yanması barədə məlumat vermişdik.

Notr-Dam kilsəsinin saatı və ən uça qülləsi artıq yanaraq məhv olub.

Xarici mətbuat orqanlarının verdiyi xəbərə görə, kilsəni bütövlükdə alov bürüyüb və dam örtüyü tamamilə külə dönüb.


***

Parisin ən məşhur məkanlarından olan tarixi Notr-Dam kilsəsində yanğın baş verib.

Sosial şəbəkələrdə kilsədəki yanğını əks etdirən görüntülər yayımlanıb. Kilsənin qülləsi yanaraq çöküb.

Qeyd edək ki, hazırda kilsədə təmir-bərpa işləri aparıldığı üçün ziyarətçilərə açıq deyildi.

Xəsarət alanlar barədə məlumat verilmir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM