“Gizmodo” yazır ki, Amerikanın “FINsix Corporation” şirkəti noutbuklar üçün ölçüsünə görə mobil telefonlar üçün adapter ölçüsündə enerjidoldurma qurğusu təqdim edib.İstehsalçı deyib ki, yenilik noutbuklar üçün ənənəvi adapter qurğusu ilə müqayisədə ölçüsünə görə 4 dəfə daha kiçik və çəkisinə görə 6 dəfə daha yüngüldür.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun gücü 65 vatt təşkil edir. Qurğu noutbuk üçün kabeldən başqa, smartfon və planşetlərin enerji ilə doldurulması üçün USB konnektorla təchiz edilib. Noutbuk və mobil qurğunu eyni anda enerji ilə yükləmək olar.Sözügedən qurğu gələn ilin yanvarında Las-Veqasda keçiriləcək “CES” sərgisində təqdim ediləcək və 2014-cü ilin ortalarında satışa çıxarılacaq. Onun qiyməti hələ açıqlanmayıb.Qeyd edək ki, 2014-cü ilin yazında Beynəlxalq Texniki Komissiya noutbuklar üçün vahid adapter standartını təsdiq etməlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !