“Novavax” yeni ştamma qarşı 86% təsirlidir

11:55 | 12.03.2021
“Novavax” yeni ştamma qarşı 86% təsirlidir

“Novavax” yeni ştamma qarşı 86% təsirlidir

ABŞ istehsalı "Novavax” peyvəndi koronavirusun ilkin növünün səbəb olduğu yoluxmaların qarşısını almaqda 96%, İngiltərədə meydana gələn mutasiyaya qarşı isə 86% təsirlidir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə preparatın İngiltərədəki sınaqlarının üçüncü mərhələsinin nəticələrində bildirilib.

Şirkət sınaqlara 18-84 yaşarası 15 mindən çox insanın qatıldığını açıqlayıb.

Virusun Cənubi Afrikada meydana gələn mutasiyasına qarşı isə peyvənd yalnız 55% təsir göstərə bilib. Bununla belə, hər iki sınaqlarda peyvənd xəstəliyin ağır hallarından qorunmaq üçün 100% effektivlik nümayiş etdirib.

"Peyvəndin ən ağır xəstəlik formalarına qarşı tam qorunma təmin etməklə qalmaması, həm də hər iki sınaqda da yüngül və orta yoluxma hallarının qarşısını almasını görmək bizə ilham verir”,- deyə şirkətin icraçı direktoru Stenli Erk bildirib.

Şirkət bu məlumatları peyvəndin təsdiqlənməsi üçün müraciətlərdə istifadə etməyi planlaşdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM