"Anqara” aviaşirkəti Rusiyanın Novosibirsk şəhəri ilə Lənkəran arasında mütəmadi reyslərə start verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Novosibirskin "Tolmaçyova” aeraportunun mətbuat xidmətindən bildiriblər.
Yayılan xəbərdə deyilir ki, 14 iyundan etibarən "Anqara” 905/906 marşrutu üzrə "Novosibirsk-Lənkaran (Azərbaycan)- Novosibirsk” birbaşa mütəmadi reysini təşkil edəcək.
Lənkarana uçuşlar 75 yerlik AN-148 təyyarəsi ilə həyata keçiriləcək.
Qeyd olunur ki, gediş-gəliş biletlərinin qiyməti 28 min rubl (588 manat) olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !