Azərbaycanda bir mənzilin bir neçə vətəndaşa satılması faktları ilə əlaqədar dövlət qurumları tərəfindən zəruri təkliflər hazırlanıb.
ANN.az-ın "APA"ya istinadən məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi çoxmənzilli binalarda bir mənzilin bir neçə şəxsə satılması sahəsində problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklər edilməsi ilə bağlı aidiyyəti qurumlarına təkliflər verib.
Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ramin Hüseynov deyib.
R. Hüseynov bildirib ki, bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində bir sıra cinayət işlərinin istintaqı gedir: "Bunların əsas səbəbi alqı-satqı müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə bağlanması, həmin müqavilələrin heç bir reyestrdə qeydə alınmamasıdır. Bununla əlaqədar qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi üçün aidiyyəti təşkilatlara təkliflər verilib”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !