Novruz Bayramı ərəfəsində «Bolkart» sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə «Bank of Baku» ASC nağdlaşdırma kampaniyası keçirir.Martın 15-19-da kartdan pul çıxaran «Bolkart» sahibləri mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmaya görə komissiya haqqı 3% təşkil edir. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. «Bolkart»ı nağdlaşdırmaq üçün «Bank of Baku»nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: www.bankofbaku.com/az/filials-and-atms/atms/. Beləliklə, indi hər bir «Bolakrt» sahibi bayramqabağı alış-veriş üçün nağd pulu «Bank of Baku»nun kredit kartı vasitəsilə rahat əldə edə bilər. Hazırda 200 mindən çox Azərbaycan vətəndaşı «Bolkart»dan istifadə edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !