Novruz bayramında yarmarkalar olacaq

14:47 | 11.03.2014
Novruz bayramında yarmarkalar olacaq

Novruz bayramında yarmarkalar olacaq

Kənd Təsərrüfatı Nazirliyi 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək.

 “Qafqazinfo” xəbər verir ki, bayram ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq. Yarmarkalar aşağıdakı ünvanlarda keçiriləcək: Bakı şəhəri, Xətai rayonu: - Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda. Yasamal rayonu:  Akim Abbasov küçəsi, İran klinikasının yanı. Nərimanov rayonu:  Gənclik metrosu, stadionun yanı. Binəqədi rayonu:  Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti. Suraxanı rayonu: Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı. Nəsimi rayonu: Təzə bazarın ərazisi. Səbail rayonu: Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM