Novruz çərşənbələrinin vaxtı məlum oldu

11:13 | 24.01.2021
Novruz çərşənbələrinin vaxtı məlum oldu

Novruz çərşənbələrinin vaxtı məlum oldu

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.


Bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.


Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.


Qeyd edək ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM