Novruz Məmmədov həbs yerləri ilə bağlı göstəriş verdi

09:36 | 27.09.2018
Novruz Məmmədov həbs yerləri ilə bağlı göstəriş verdi

Novruz Məmmədov həbs yerləri ilə bağlı göstəriş verdi

Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov sənəd imzalayıb.

Qərara görə, "İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində "artırılması” sözü "uzadılması” sözü ilə əvəz edilsin.

Həmin qərarla təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə: 2.1. 13.3.2-ci yarımbəndə "başa çatdıqda” sözlərindən sonra "və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə edilir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM