Azərbaycan Prezident Administrasiyası prezident İlham Əliyevin Türkiyə ilə bağlı Ermənistan Prezidenti Serj Sarkisyana verdiyi sərt cavabı şərh edib. APA-nın məlumatına görə, Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bunun beynəlxalq aləmdə Türkiyə-Azərbaycan əlaqələrinin nə dərəcədə yüksək səviyyədə olmasının daha bir göstəricisi adlandırıb. O qeyd edib ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin dostluqda, tərəfdaşlıqda nə qədər etibarlı olduğunu bir daha sübut edib: “Düşünürəm ki, bu, doğurdan da iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bundan sonra da Azərbaycan və Türkiyə bu ruhda öz qardaşlığını, əməkdaşlığını və tərəfdaşlığını davam etdirəcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !