Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb.
O qeyd edib ki, bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür:
"İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".
Bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları iştirak edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !