Novruz Məmmədov: "Qarşılıqlı maraqlar nəzərə alınmalıdır"

18:43 | 21.05.2015
Novruz Məmmədov:

Novruz Məmmədov: "Qarşılıqlı maraqlar nəzərə alınmalıdır"

"Tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq uğurla davam etdirilsin"

"Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin hər biri ilə o olkələrin xarakteri nəzərə alınaraq münasibətlər qurulsun".
 
APA-nın Riqaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqada Azərbaycan jurnalsitlərinə açıqlmasında deyib.
 
"Təəssüf ki, indiyə kimi belə deyildi. Amma bu sammitdə görünür ki, Avropa İttifaqının rəhbərləri belə bir qərara gəliblər ki, əməkdaşlığı fərqləndirsinlər. "Şərq tərəfdaşlığı" dövlətləri məsələlərə öz nöqteyi-nəzərindən, öz maraqları çərçivəsində yanaşır. Fikrimcə, tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq gələcəkdə də uğurla davam etdirilsin. Bunun üçün də qarşılıqlı maraqlar nəzərə alınmalıdır. Hər bir ölkənin bu tərəfdaşlıq çərçivəsində gördüyü işlərin, əməkdaşlığın xarakterinin nəzərə alınması vacibdir", - deyə o bildirib.
 
N. Məmmədov bildirib ki, Riqada keçiriləcək sammitdə bu illər ərzində Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" ölkələri arasında əməkdaşlığın vəziyyəti, bu əməkdaşlığın gələcək perspektivləri barədə danışıqlar aparılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM