Sabah Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində bildirib.PA rəsmisinin sözlərinə görə, görüşdə Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcəkdir.N.Məmmədovun sözlərinə görə, danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaq.PA rəsmisi bildirib ki, bu gün isə Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !