Novruz Məmmədovdan ABŞ-a sərt cavab

16:29 | 29.12.2014
Novruz Məmmədovdan ABŞ-a sərt cavab

Novruz Məmmədovdan ABŞ-a sərt cavab

Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədovun sözlərinə görə, belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir: "Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Baerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur. Elə bir neçə gün əvvəl Senatın Kəşfiyyat Komitəsində gedən dinləmələrlə tanış olsa idi, yaxşı olardı. Onda anlayardı ki, "Twitter"də yazdıqlarını oxuyanda, ilk yada düşən ölkə elə ABŞ olur". PA rəsmisi hesab edir ki, cənab Baer qərəzli fikirlərilə ABŞ ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa çalışır.

Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer Azadlıq radiosunun Bakı Ofisinin möhürlənməsi məsələsi ilə bağlı Azərbaycana dair tənqidi fikirlər səsləndirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM