Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə təşəkkür edib.
Axar.az xəbər verir ki, N.Məmmədov bununla bağlı özünün Tvitter səhifəsində yazıb:
“Azərbaycan, onun Ümummilli Lideri və Prezident İlham Əliyev haqqında «Россия 24»də dediyi fikirlərinə görə, Jirinovskiyə təşəkkür edirəm”.
Qeyd edək ki, Vladimir Jirinovski “Россия 24” kanalına verdiyi müsahibəsində Azərbaycan və Prezident İlham Əliyev haqqında müsbət fikirlər söyləmişdi.
Bizi sosial şəbəkələrdə izləyin !