Novxanı-Pirşağı yolundakı ağır QƏZA - 1 ölü, 3 yaralı var

15:56 | 04.11.2019
Novxanı-Pirşağı yolunda baş verən avtoqəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, qəza ilə bağlı təcili tibbi yardıma çağırış 13:10-da daxil olub:


"Qəza nəticəsində 1 qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılara lazımi tibbi yardım göstərilir".
www.anews.az
loading...