Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

17:22 | 28.09.2020
Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin noyabrın 2-sinə qədər uzadılması barədə qərar qəbul edilib. 

Anews.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərar həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına da şamil edilib.
 
Belə ki, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM