Noyabrda Azərbaycan və Ermənistan spikerlərinin görüşü keçiriləcək

14:39 | 08.07.2024
Noyabrda Azərbaycan və Ermənistan spikerlərinin görüşü keçiriləcək

Noyabrda Azərbaycan və Ermənistan spikerlərinin görüşü keçiriləcək

Noyabrda Cenevrədə Ermənistan və Azərbaycan spikerlərinin görüşü olacaq. Ermənistan mətbuatı bu barədə Ermənistan spikerinin köməkçisi Movses Arutyunyana istinadən yazıb. 
 
Görüşün əvvəlki formatlara uyğun keçiriləcəyi açıqlanıb. 
 
Bundan əvvəl Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Cenevrədə 2 dəfə görüşüblər. 
 
Görüş zamanı Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqlarına, iki ölkənin parlamentinin sülh prosesinə hansı dəstəyi göstərə bilməsi ilə bağlı məsələlərə nəzər yetirilib,. Daha sonra parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılıq əldə olunub. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM