Noyabrda gündəlik xam neft hasilatı 492 min barrel olub

11:23 | 14.12.2023
Noyabrda gündəlik xam neft hasilatı 492 min barrel olub

Noyabrda gündəlik xam neft hasilatı 492 min barrel olub

 Noyabrda ölkədə gündəlik xam neft hasilatı 492 min barrel olub. Bu barədə Energetika Nazirliyindən bildirilib. 
 
Hasil olunan neftin 492 min barrelini xam neft, 117 min barrelini kondensat təşkil edib.

"OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir. 

2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Bundan əvvəl, "S&P Global Commodity Insights” şirkəti Azərbaycanın gündəlik neft hasilatının 194 min barrel gerilədiyini açıqlayıb. 
 
Oktyabrda gündəlik neft hasilatı  603 min barrel, sentyabrda isə 607 min barrel olub.
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.

Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).

Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM