Noyabrda Türkiyədə seçki olacaq

10:44 | 24.07.2015
Noyabrda Türkiyədə seçki olacaq

Noyabrda Türkiyədə seçki olacaq

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri və Antalya millət vəkili Deniz Baykal koalisiya müzakirələrini tənqid edərək tezliklə parlament seçkisi olacağını deyib. 

ANS PRESS-in məlumastına görə, Baykal partiyasının Antalya şəhəri Korkuteli rayon təşkilatını ziyarət edib. Burda gündəmə dair məsələləri müzakirə edən Dəniz Baykal prezident Rəcəb Tayyib Ərdoğanla seçkidən sonra baş tutmuş görüşü barədə danışıb. 

"Prezidentimizə artıq geri çəkilməyiniz lazımdır dedim. Millət səhv etdi deməyin, nə lazımdırsa onu edin dedim. Bizim bu görüşdən sonra prezident mətbuata açıqlama verdi və mənim dediklərimi dedi. Eqolarımızdan xilas olmalıyıq dedi. Bu çox ciddi bir özünütənqiddir”. 

Baykal həmçinin AKP-nin hökumət qurmaq istəmədiyini deyib. 

"MHP onsuzda mövqeyini açıqlayıb. Yəni koalisiya müzakirələri artıq teatrdan ibarətdir. Noyabrda seçki var.” 

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM