• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Noyabrın 4-dən bir sıra avtobusların dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI

Noyabrın 4-dən bir sıra avtobusların dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
31.10.2024 19:53

Noyabrın 4-dən Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Marşrutlar üzrə edilən dəyişikliklər:

- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM ("Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM ("Piramida” tərəf) təyin edilmişdir;

- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;

- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi "Ulduz” metrostansiyası təyin edilmişdir;

- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilmişdir;

- 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;

- 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.

H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
Cəmiyyət 11:21
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
İş icazəsi olan əcnəbilərin sayı 6,6 min nəfərə çatıb
Cəmiyyət 11:11
İş icazəsi olan əcnəbilərin sayı 6,6 min nəfərə çatıb
Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Cəmiyyət 11:03
Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
Cəmiyyət 10:44
Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
Sumqayıtda 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılır
Cəmiyyət 10:16
Sumqayıtda 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılır
Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradov vəfat edib
Cəmiyyət 10:12
Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradov vəfat edib
Cəbrayılın Horovlu kəndinə 37 ailə köçürülüb
Cəmiyyət 10:02
Cəbrayılın Horovlu kəndinə 37 ailə köçürülüb
Sumqayıtda sahil zolağında avtomat silahı və patronlar tapılıb
Cəmiyyət 10:00
Sumqayıtda sahil zolağında avtomat silahı və patronlar tapılıb
Biləcərinin bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:21
Biləcərinin bir sıra ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol