Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açılışı üçün zəruri olan sənədlərin və tədbirlər planının layihəsini hazırlayıb.
AzEDU.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə müsahibəsində Rusiyanın təhsil və elm naziri Olqa Vasileva bildirib.
Xanım O.Vasileva qeyd edib ki, bu layihənin reallaşdırılması ilə bağlı sənədlər Azərbaycan tərəfinə təqdim olunub və hazırda ərazinin seçilməsi üzrə işlər aparılır.
Xatırladaq ki, Moskva Dövlət Humanitar İqtisad Universitetinin Bakı filialının açılması məsələsi ötən il O.Vasilevanın Azərbaycana səfəri zamanı müzakirə olunub.
Qeyd edək ki, bu ali təhsil müəssisəsində məhdud imkanlı tələbələr də təhsil alırlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !