Numan Kurtulmuş Azərbaycana gəlib

21:22 | 05.06.2024
Numan Kurtulmuş Azərbaycana gəlib

Numan Kurtulmuş Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş onu müşayiət edən parlament nümayəndə heyəti ilə Bakıya gəlib.

O, sabah Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası və Assambleya Şurasının 13-cü iclasında iştirak edəcək.

TBMM sədri və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM