Nümayəndəlik rəhbəri Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı münasibət bildirib

19:30 | 11.12.2019
Nümayəndəlik rəhbəri Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı münasibət bildirib

Nümayəndəlik rəhbəri Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı münasibət bildirib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı münasibət bildirib. 

ONA NUHÇIXAN-a istinadən xəbər verir ki, Bəxtiyar Əsgərov Naxçıvanda parlamentin buraxılmadığını deyib: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə ona görə eyni günə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin, vəssəlam. Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb