Bildiyimiz
kimi, "Nurgun" şirkətlər qrupu və onun sirli rəhbəri Nuru Əliyev
Azərbaycanın ən köklü monopolistlərindən biridir. Onun monopoliya həvəsi
"Nurgun Motors"un da fəaliyyətinin əsas prinsipidir. Buradan nağd,
kredit və ya lizinqlə avtomobil alan şəxs fərqinə varmadan monopoliya
toruna düşür və sonradan baş verən hadisələrdən, təəssüf ki, onu nə
qanunlar, nə dövlət qurumları qorumur. Yaxud hansısa səbəblərdən qorumaq
istəmir.
Məsələn, "Nurgun Motors"dan lizinqlə avtomobil almaq istəsəniz, görün sizi hansı tora salacaqlar:
2. Lizinq və ya kredit faizlərini mütləq "NBC bank" təyin edəcək. Məsələn, 5 illik lizinq və ya kredit şərtləri ilə avtomobil alsanız, avtomobilin dəyərindən daha çox faiz ödəyəcəksiniz.
3. Mütləq "Rəvan Sığorta"da kasko sığorta etdirməlisiniz və öncədən pulunu ödəməlisiniz.
4. Sıorta üçün müraciət ərizənizə mütləq sizin mənafeyinizə və Azərbaycan qanunvericiliyinə zidd müddəlar daxil ediləcək və sizə "bu adi müraciət ərizəsidir, zəhmət olmasa bura qol çəkin" deyib, sizi aldadacaqlar.
5. Avtomobili yalnız "Nissan Servis" mərkəzlərində od qiymətinə təmir etdirə bilərsiniz. Adi yağ dəyişməni belə, başqa servisdə etsəniz, sizin qarantiyanızı ləğv edəcəklər.
6. Aldığınız avtomobilin doğrudan da yeni və orijinal olduğuna heç bir təminat yoxdur.
7. Hər hansı qəza törədildikdə kasko sığortanızı ala biləcəyinizə dair heç bir təminat yoxdur.
Gördüyünüz
kimi, yuxarıda adıçəkilən bütün qurumlar "Nurgün" şirkətlər qrupuna
daxildir və bu, açıq-aşkar istehlakçı hüquqularının kobud sürətdə
pozulmasıdır. Bəs görəsən, Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə digər aidiyyatı qürumlar
buna niyə göz yumur?
"Rəvan Sığorta"nın lisenziyası ləğv olunmalıdır
Bu
ilin əvvəlində "Rəvan Sığorta” ASC tərəfindən Maliyyə Bazarlarına
Nəzarət Palatasına (MBNP) təhrif edilmiş hesabatların təqdim edilməsi
faktı müəyyən olunub.
"Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci
maddəsinə əsasən, MBNP tərəfindən ASC-nin İdarə Heyətinin sədri, baş
mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması,
sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa
edilməsi və məcmu kapitalının artırılması barədə "Rəvan Sığorta”ya
icrası məcburi olan yazılı göstəriş - təqdimat verilib.
Bu il
həmçinin Vergilər Nazirliyi saxta defekt aktı tərtib edərək dələduzluğa
əl atdıqları üçün "Rəvan Sığorta”ya və "Nurgün Motors"a maliyyə
sanksiyası tətbiq edib.
Ələt qəsəbə sakini Müşfiq Haşımov
avtomobilinə dəyən külli miqdarda zərəri, ortada məhkəmə qərarı olsa da,
"Rəvan Sığorta"dan kasko sığortasını ala bilmir.
Tanınmış
vəkil vəkil Ceyhun Yusifov da hüquqları pozulanlar arasındadır.Vəkilin
sözlərinə görə, adıçəkilən sığorta şirkəti müştəriləri aldadır, üzərinə
düşən öhdəliyi yerinə yetirmir.
"Şirkətlə müştəri arasında
bağlanan sığortanı ləğv etmək mümkün deyil. Vətəndaşlardan əsassız
olaraq əlavə xərc tələb olunur. Heç bir vətəndaş öz hüququndan istifadə
edə bilmir. Sığorta öhdəlikləri yerinə yetirilmir. Avtomobilin
keyfiyyətsizliyi ilə bağlı müraciətlər cavabsız qalır, verilmiş zəmanət
yerinə yetirilmir", - C.Yusifov bildirir.
Vəkil bildirir ki,
müqavilə şərtlərinin ziddinə olaraq, "Rəvan Sığorta"nın əməkdaşları qəza
baş verən zaman hadisə yerinə gəlmirlər. "7-8 ay əvvəl avtomobilimdə
qəza baş verdi, 1 manat da sığorta ödəmədilər. Şirkətdə çalışan Mayıl
Nuriyev adlı şəxsə iradımı bildirdikdə isə "gedin, kimə istəyirsiniz
deyin" cavabı verir", - deyə vəkil əlavə edib. Vəkil mətbuat vasitəsilə
vətəndaşlara müraciət edərək, "Rəvan Sığorta"da müştərilən aldadıldığını
və mütləq ehtiyatlı olmağı tövsiyə edib.
Faktların sayını artırmaq da olar. Onlar saysız-hesabsızdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !