“Nurgün Motors”un prezidentinin oğlu həbs olundu

12:11 | 07.11.2017
“Nurgün Motors”un prezidentinin oğlu həbs olundu

“Nurgün Motors”un prezidentinin oğlu həbs olundu

Nəsimi rayon Məhkəməsində Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, o, 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
 
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci(polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib. Belə ki, onunla bağlı yayılam videogörüntüdən polisə müqavimət göstərdiyi görünsə də, Nəsimi rayon Polis İdarəsi onun yalnız tabe olmaması barədə qərar qəbul edib və iş həmin maddə ilə məhkəməyə təqdim edilib.
 
Qeyd edək ki, noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.
 
"İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə "saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci "saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək polis əməkdaşını vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM