Rusiyalı UFC (Mütləq döyüş çempionatı - red.) çempionu Həbib Nurməhəmmədov öz "Twitter” səhifəsində həyat yoldaşı və İslam dininin ünvanına təhqirlər yağdıran Konor Makreqora cavab verib.
"Sən əsl təcavüzkarsan. Törətdiyin əməllərə görə məsuliyyət daşımayan riyakarsan. Ancaq bir gün öz cəzanı tapacaqsan”, - deyə Nurməhəmmədov yazıb.
Xatırladaq ki, aprelin 3-də irlandiyalı UFC döyüşçüsü öz sosial şəbəkə hesabında Nurməhəmmədovun həyat yoldaşının başı və üzü bağlı toy şəklini paylaşaraq "Sənin arvadın dəsmaldır” deyə şərh yazıb. Postu sonradan silinsə də, Qərb KİV-də sürətlə yayılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !