Nurçuların azərbaycanlı lideri saxlanıldı

16:10 | 03.12.2014
Nurçuların azərbaycanlı lideri saxlanıldı

Nurçuların azərbaycanlı lideri saxlanıldı

Rostov məhkəməsi "Nurçular" sektasının azərbaycanlı lideri Hacıbəy İsmayılovu 130 min rubl cərimələyib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, azərbaycanlı lider ekstremist materialların yayılmasında ittiham olunub. Məhkəmə gedişatında H.İsmayılov günahını qəbul edib və nəticədə məhkəmə onun girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, Hacıbəy İsmayılov 1966-cı ildə Azərbaycanda doğulub. O, Rostovda şəxsi mənzilində sekta üzvlərini yığaraq ibadətlər keçirib. 2005-ci idən 2012-ci ilə qədər İsmayılov Ukraynada yaşayıb. Ancaq daha sonra yenidən Rusiyaya qayıdan İsmayılov ekstremist fəaliyyətlərini davam etdirib.

Onun evində axtarışlar zamanı minlərlə "Nurçular" sektasının mənəvi lideri olan Səid Nursi müəllifli olduğu dini ədəbiyyat nüsxələri aşkar edilib. İsmayılov bu dini kitabları Türkiyədən alırmış.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti