Nurçuların Zakir Həsənov haqda dediklərinə Rəsmi cavab

12:09 | 19.02.2014
Nurçuların Zakir Həsənov haqda dediklərinə Rəsmi cavab

Nurçuların Zakir Həsənov haqda dediklərinə Rəsmi cavab

Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə nurçuların lideri Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycanın müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət bildirib.Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. «Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb, bunu təxribat kimi qiymətləndiririk», - deyə məlumatda bildirilib. Qeyd edək ki, ötən gün «Youtube» şəbəkəsində yer alan telefon danışığının video yazısında oktyabr ayında Azərbaycanda müdafiə naziri postuna təyinatdan bəhs edilir. Hidayət Karaca adlı şəxs Bakıya səfər edərək müdafiə nazirinə yeni vəzifəyə təyinatla bağlı «xeyir-dua» vermək istədiklərini bildirib. Lakin Azərbaycanın bəzi mətbuat orqanları F. Gülənlə telefon danışığını Mustafa Günay adlı şəxsin apardığını yazıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb