İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Avstriyanın paytaxtı Vyanada başlayan nüvə danışıqları ilə bağlı ölkənin rəsmi nəşri olan "İran qəzeti”ndə məqalə yazıb.
"Qafqazinfo" xəbər verir ki, Abdullahiyan Qərbi nüvə sazişində verilən "heç bir vədi tutmamaqda” ittiham edib:
İranın nüvə proqramının dinc xarakter daşıdığını müdafiə edən Abdullahiyan sənaye, ticarət, dənizçilik, kosmos, müdafiə və texnologiya sahələrində işlərinə davam edəcəklərini bildirib.
ABŞ-ın nüvə anlaşmasına qayıtması üçün İranın mənafeyinə uyğun olaraq sanksiyaların tamamilə aradan qaldırılmasının, təminatların verilməsinin və atılan addımların yoxlanıla bilən olmasının vacibliyinə işarə edən Abdullahiyan, buna nail olunarsa, İranın da tələblərə əməl edəcəyini vurğulayıb.
"ABŞ əmin olmalıdır ki, keçmişin acı təcrübələri yaşanmayacaq. Bu yolla İranın kommersiya tərəfdaşları narahat olmadan İranla daimi ticarət əlaqələrinə girə bilərlər. Bu fürsət pəncərəsi əbədi olaraq açıq qalmayacaq. ABŞ və 3 Avropa ölkəsi bunu yaxşı başa düşməlidir. ABŞ bütün tətbiq olunan sanksiyalar aradan qaldırılmadan nüvə sazişinə qayıtmağın mümkün olmadığını hələ də başa düşmür".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !