ABŞ-ın Müdafiə naziri Eşton Karter oktyabrın 4-dən 9-na qədər Belçika, İspaniya, İtaliya və Böyük Britaniyada səfərdə olacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Pentaqon yayıb. Səfərin əsas məqsədi 4 dövlətlə təhlükəsizlik və regional məsələləri müzakirə etməkdir. Karter həmçinin NATO ölkələri müdafiə nazirlərinin Brüsseldəki görüşündə də iştirak edəcək.
Qeyd edək ki, NATO ölkələri müdafiə nazirlərinin Brüsseldəki görüşündə əsasən nüvə strategiyası və alyansın cənub hissəsindəki təhdidlərə cavab məsələsi müzakirə olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !