Növbədənkənar prezident seçkiləri olacaq - Hansı gözləntilər olacaq? - ŞƏRH

17:35 | 07.12.2023
Növbədənkənar prezident seçkiləri olacaq - Hansı gözləntilər olacaq? - ŞƏRH

Növbədənkənar prezident seçkiləri olacaq - Hansı gözləntilər olacaq? - ŞƏRH

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi müəyyən çağırışla aktual idi, yalnız hansı müddətdə qərarın veriləcəyi sürpriz oldu.
 
"Qərarın verilməsində əsas məqsəd və mahiyyət 2025-ci ilin regional və qlobal prizimanın çox gərgin keçəcəyinin siqanalların olmasıdı. Bununla yanaşı, Avropa İttifaqında və Amerikada seçkilər, yeni hakimiyyətin formalaşması 2025-ci ildən başlayacaq. Digər formada Ukraynada Rusiya müəyyən üstünlük əldə etməyə başlayıb. Yaxın zamanlarda Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə Qafqazda proseslərin fərqli cərəyan edəcəyini və Ermənistan üçün, yəni yaxın qonşumuz olan ölkədə dəyişikliklərin, qarşıdurmaların olacağını təxmin edə bilərik ki, bu da müəyyən təsirini göstərəcək. Şərq arasında toqquşmaya İsrail və Fələstin üzərindən baxdıqda bizə də müəyyən təhdidlər doğurur. Qərblə Şərqin toqquşması hökumətlərin ciddi şəkildə manevr imkanlarını məhdudlaşdıracaq durum yaradıb. Buna görə də 2024-cü ilin birinci yarısı üçün bütün seçki proseslərini bu dönəmə salmaq məqsədəuyğundur. Prezident seçkilərinin ardınca, bələdiyyə seçkiləri və parlament seçkilər ilə də tanış olacayıq. Ümumilikdə isə suverenliyi bərpa etdikdən sonra bu ilk seçki olacaq”, - ekspert əlavə edib.
 
Politoloq Cümşüd Nuriyev hesab edir ki, Azərbaycan prezidenti birmənalı şəkildə özünə inamı bir daha təsdiq etmək istəyir.
 
"Azərbaycan qarşısına hədəflər qoyub və bu hədəflərə çatmalıdır. 2024-2030-cu illər üçün yeni bir proqram qəbul olunub. Bunun icrasını həyata keçirmək üçün yəqin ki, yeni hökumət tələb olunur. Azərbaycan artıq 5-ci iqtisadı inqilab mərhələsinə girir. Yəni bu dəqiqə bizdə rəqəmsal iqtisadiyyat formalaşmağa başlayır. Rəqəmsal iqtisadiyyatın formalaşması üçün peşəkarlığın səviyyəsi artmalıdır, olsun ki, bu nəzərə alınacaq. Bununla yanaşı yenidənquruculuq işləri görülür, Qarabağa qayıdış var. Azərbaycan da artıq hərbi sahədən çox iqtisadi, sosial sahəyə fikir verməlidir. Hər bir dövlətin borcu insanların rifah sahəsin yaxşılaşdırmaqdır. Hazırda Azərbaycan əhalisinin ehtiyacları var. Bu ehtiyaclar təbii ki, müharibə müddətində və müharibədən sonra 2-ci, 3-cü sırada idi. İndi o önə də keçə bilər. Bir növ bunun üçün cənab prezident qabağlayıcı addım atır. Bu onun səlahiyyətindədir. İlham Əliyev hazırda xalqın etimadının pik səviyyəsindədir”, - o əlavə edib.
 
Ekspertin sözlərinə görə Azərbaycanda elə bir adam yoxdur ki, İlham Əliyevə rəqib olsun.
 
"İlham Əliyev bu seçkidə minimal olaraq 85-90% səs toplayacaq. Onun qazanma şansı 100%-di. Müxalifətin elə bir lideri yoxdur ki, öz namizədliyini irəli sürsün, ola bilər ki İsa Qəmbər namizədliyini irəli sürsün. Əli Kərimli irəli sürə bilər lakin bunun bir əhəmiyyəti yoxdur, çünki səs toplaya bilməyəcək. Bu müddətdə müxalifət özlərini  elə vəziyyətə salıb ki, heç kim onlara müxalifət kimi baxmır. Ziyalılardan da kütlə ilə işləməyi bacaran, xalqla sözünü deyən kimlərsə namizəd ola bilər. Bunlar yalnız alternativlərdir”, - Nuriyev vurğulayıb.
 
Azərbaycanda Prezident seçkiləri sonuncu dəfə 2018-ci il keçirilib. Həmin seçkilərdə İlham Əliyev 86,2% səslə qalib olaraq Prezident seçilib. 
 
2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM