Növbəti 2 günə olan hava proqnozu

11:12 | 19.10.2017
Növbəti 2 günə olan hava proqnozu

Növbəti 2 günə olan hava proqnozu

"Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Anews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək: "Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM