2027-ci ilə qədər orta illik infyasiya azalan templə 4,2%-ə enəcəyi gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə qeyd olunan hesabatında yazılıb.
Bildirilib ki, cari il üçün orta illik inflyasiya 9,5 % səviyyəsində olacağı ehtimal olunur.
Bundan əvvəl Nazirlər Kabinetinin tərkibində İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupu ilin sonuna orta illik infyasiyanın 9,5% olacağı proqnozlaşdırıb.
Oktyabrın 10-da Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda illik inflyasiya 6% civarında proqnozlaşdırılır.
Bir necə gün öncə Dünya Bankının açıqlamasına görə Azərbaycanda cari il üçün inflyasiya göstəricisi 8,5 % gözlənilir. Bu rəqəmin 2024-cü il 6,2% olacağı proqnoz edilib.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !