2024-cü il NATO-nun büdcəsi 2,03 milyard avro olacaq ki, bu da cari illə müqayisədə 12% çoxdur. Bu barədə Reuters agentliyi yazıb.
Nəşr bu il təşkilatın siyasi komponentinin büdcəsinin 18,2% artaraq 438,1 milyon avroya çatdığını açıqlayıb.
Söhbət 2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktından (NDAA) gedir - ABŞ- da bu dövr 1 oktyabr 2023-cü ildə başlayıb. Qanun layihəsi müdafiə büdcəsi üçün rekord məbləğdə 874,2 milyard dollar vəsait tələb edir. Bu məbləğin 841,4 milyard dolları Pentaqona , 32,4 milyard dolları isə Energetika Nazirliyi üçün milli təhlükəsizliyin və nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək.
Büdcədə həmçinin Ukraynaya 300 milyon dollar hərbi yardım və bu yardımın necə xərcləndiyini izləmək üçün daha 8 milyon dollar nəzərdə tutulub.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !