Növbəti il Qarabağa 4 milyard manat xərclənəcək

13:32 | 16.10.2024
Növbəti il Qarabağa 4 milyard manat xərclənəcək

Növbəti il Qarabağa 4 milyard manat xərclənəcək

2025-ci il Qarabağın bərpasına 4 milyard manat ayrılması nəzərdə tutulub. Bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
 
2024-cü ilin altı ayında Qarabağa xərclənən vəsait 1 milyard 953,5 milyon manat təşkil edib.
 
2020-ci ildən bu günə qədər Qarabağın bərpa olunması və yenidənqurulmasına 16 milyyardan manatdan çox vəsait ayrılıb. 
 
2024-cü ildə Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün 3 milyrd ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırılıb.
 
BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir.

 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti