Növbəti ildə 20 mindən çox müəllimin sertfikasiya prosesinə cəlb edilməsi üçün dövlət büdcəsindən ümumilikdə 154,4 milyon vəsait ayrılması proqnozlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı deyib.
"Sertfikasiyadan keçən 38 mindən çox müəllimin əməkhaqqına 10% əlavə edilməklə orta aylıq əməkhaqqı 910 manat, 17 mindən çox müəllimin maaşına 35% əlavə edilməklə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib. Növbəti ildə 20 mindən çox müəllimin sertfikasiya prosesinə cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsindən 60,8 milyon manat ümumilikdə sertfikalaşma üçün 154,4 milyon manat vəsait proqnozlaşdırılıb", - nazir bildirib.

Sertfikasiya prosesi Azərbaycanda 2022-ci ildən başlanılıb. İndiyədək 65 min müəllim bu prosesə cəlb edilib. Prossdən uğurla keçən 55 min müəllim var.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !