İqlimin qorunması fəallarının oturaq aksiyasına polis müdaxilə edib
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 100 min nəfərin qatıldığı kütləvi yürüşdən bir gün sonra növbəti kütləvi aksiya baş tutub.
ANS PRESS-in verdiyi məlumata görə, bu dəfə Manhettendə oturaq aksiya keçirən 1000-dən çox fəal Brodveyin bəzi hissələrində yolları bağlayıb.
İqlimin və ətraf mühitin mühafizəsinə diqqət çəkmək istəyən fəalladan 100-ü həbs edilib.
Onlardan birinin ağ qütb ayısı kostyumunda olması diqqət çəkib.
İqlim böhranı ilə bağlı aksiyalar BMT-nin Baş Assambleyasının keçirildiyi vaxta təsadüf edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !