Axar.az xəbər verir ki, hadisə müştərilərlə restoranın mühafizəçiləri arasında başlayıb. Daha sonra bu davaya restoranın aşpazı və ofisiantları qoşulub.Dava iştirakçılarından Zaur Əsgərov hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirib.“Oazis”in sahibi Mirtalib Miri oğlu isə Axar.az-a açıqlamasında bu ittihamları rədd edib.Artıq dava iştirakçılarından biri Ravid Abdullayev həbs edilib.Tərəflərin fərqli fikirlər söyləməsi və bir-birini günahlandırması cəmiyyətdə fikir ayrılılığına səbəb olub. Axar.az “Oazis”də keçirilən tədbirin təhlükəsizlik kameralarında qeydə alınan 3 saatlıq videosunu əldə edib.Cəmiyyətin baş verən hadisəyə reaksiyasını nəzərə alaraq Axar.az baş verən hadisənin yayımlanmayan görüntülərini təqdim edir. Qoy kimin haqlı olmasıyla bağlı qərarı videonu izləyənlər özləri çıxarsın.
ANN.Az