Sosial şəbəkədə 9-cu sinifdə oxuyan uşağın valideyni oğlunun mağzada şokalad oğurladığı üçün mağaza müdirinin uşağımağazada girov saxladığını iddia edir. Bu barədə uşağın anası sosial şəbəkə hesabında yazıb.
Valideyn bildirir ki, mağaza müdiri onu mağazaya çağırıb vəm ondan 300 manat pul tələb edib.
"Mağaza müdiri məni mağazaya çaığırdı. Üzr istəyib cəriməsini ödəmək istəsəm də, məndən 300 manat tələb etdilər. Yalvarıb bu məbləği bir az aşağı salmaqlarını xahiş elədim, müdir dedi ki, pulu gətirməyincə, uşağı buradan apara bilməzsiz",- valideyn bildirib.
Valideynin sözlərinə görə, hadisə baş verən vaxt özü işdə olub və ora sonradan gəlib. Mağaza müdiri oğlunun daha əvvəl də oğurluq etdiyini əsas gətirərək ümumilikdə 700 manatlıq mal oğurlandığını bildirib. Mağaza rəhbərliyinin oğlunu "girov” saxladığını, pulu qaytaracağı təqdirdə buraxacağını iddia edib.
"Mənə dedilər ki, uşağınız bundan əvvəl də mağazadan oğurluq edib. Ümumilkdə 700 manatlıq oğurluq olub. Hətta bayram günlərində də oğurluq etdiyini dedilər. Halbuki, uşaq bayram günlərində mənimlə birlikdə rayonda olub. Oğlumla birlikdə oğurluq edən uşağın valideynlərindən isə 70 manat tələb ediblər. Bunu biləndə gedib ağlayıb yalvardım ki, cəmi 500 manat maaş alıram, 300 manatı gətirməyə imkanım yoxdur. 200 manata razılaşdılar, onun da 150 manatını tapıb verdim. Uşağın şəxsiyyət vəsiqəsini və telefonunu saxladılar ki, digər 50 manatı gətirəndə apararsan...”
Məsələ ilə bağlı "OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri, kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları, gündəlik ehtiyacdan artıq miqdarda oğurlanıb.
"Mağaza müdiri, müştərinin yetkinlik yaşına çatmadığını və həmin andakı emosional, psixoloji vəziyyətini nəzərə alaraq valideynlə əlaqə saxlanmasını tələb edib. İlk olaraq müştərinin böyük qardaşı mağazaya gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda videogörüntüləri izləyib. Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə, xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib. Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəymiş zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib. Hadisə ilə bağlı kamera görüntüləri mövcuddur və zəruri görüntülər yalnız Daxili İşlər Nazirliyinə təqdim ediləcək",- m'lumatda bildirilib.
Həmçinin mağaza müdiri ananın göz yaşlarına və ailə vəziyyətinə görə polisə müraciət etmədiyini bildirib.
"Ana bu məsələni öyrəndiyi zaman mağazada uşağını döydü və ağlamağa başladı. Polisə zəng etməməyim üçün çox yalvardı və göz yaşı tökdü. Mən də bir ananın hayqırtısını heçə saya bilmədim. Hər birimiz bu ölkənin vətəndaşıyıq. Bu uşaqlar bizim gələcəyimizdir. Düşündüm ki, uşaq qorxub qaça bilər və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik. Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək, haqlıykən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz",- Mağazadan bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !