Barak Obama vədini yerinə yetirməyə hazırlaşır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti 2008-ci ildə verdiyi ən önəmli vədlərindən biri terror cinayətkarlarının saxlandığı Guantanamo Həbsxanasının bağlanması ilə bağlı olub və artır bu prosesin sonuçlanması üçün axırıncı mərhələyə start verilib.
Ağ Ev sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında adıçəkilən həbsxananın bağlanması üçün işlərin sonuncu mərhələyə qədəm qoyduğunu deyib: "Prezident Guantanamonun qapadılmasını beynəlxalq səviyyədə nüfuzumuza xeyir gətirəcəyi qənaətindədir".
Kuba və ABŞ arasındakı ikili münasibətlərin yenidən başlanması ilə əlaqədar olaraq bu həbsxananın qapadılması mövzusu yenidən aktuallaşmışdı
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !