Obama ABŞ-ı pulsuzluqdan xilas elədi

10:29 | 16.02.2014
Obama ABŞ-ı pulsuzluqdan xilas elədi

Obama ABŞ-ı pulsuzluqdan xilas elədi

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların dövlət borcunun yuxarı həddinin qaldırılması barədə qanun layihəsini imzalayıb. 

ANS PRESS “BBC”yə istinadən bildirir ki, qanun layihəsinə görə, federal hökumət hakimiyyəti fevrala görə yerinə yetirilməmiş borc öhdəliklərindən xilas etmək üçün hələ martın 15-ə kimi pul borc götürə bilər. 

Daha öncə bu qərarın lehinə Konqressin nümayəndələr palatasının 221 üzvü və 55 senator səs vermişdi, qərarın əleyhinə isə uyğun olaraq 201 və 43 nəfər səs vermişdi. 

Düzəlişin qəbul edilməsi keçən ilin oktyabr ayında başlamağa çox yaxın olmuş büdcə böhranından yaxa qurtarmağa imkan verdi. Onda respublikaçıların ABŞ dövlət borcunun yuxarı həddinin artırılmasına səs verməktən imtinası hesabına dövlət idarələrinin bir hissəsi iki həftə işləməmişdi. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti