ABŞ prezidenti Baraka Obama ölkəsinin xüsusi xidmət orqanlarının Yaponiya siyasətçilərini izləməsi ilə bağlı yaranan qalmaqala görə üzr istəyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, "Wikileaks”in açıqldığı son məlumatlarda bir çox yapon siyasətçisi, o cümlədən baş nazir Sintze Abenin amerikalıların nəzarəti altında olduğu bildirilirdi.
"Prezident Obama dedi ki, o çox təəssüflənir... xüsusən bu hadisənin Yaponiyada böyük rezonans doğurmasına görə”-deyə Sintze Abe mətbuata açıqlamasında deyib. O, ABŞ prezidentinin telefon danışığı zamanı ondan üzr istədiyin də diqqətə çatdırıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !