Obama: “Bir nəfərin üstündə qurulan ölkə iflasdır”

17:56 | 29.07.2015
Obama: “Bir nəfərin üstündə qurulan ölkə iflasdır”

Obama: “Bir nəfərin üstündə qurulan ölkə iflasdır”

ABŞ prezidenti Afrikaya səfərinin son günündə hakimiyyətdən əl çəkə bilməyən dövlət başçılarına xəbərdarlıq edib

ABŞ prezidenti Barack Obama Afrika qitəsinə səfərinin son günündə, konstitusiya ilə ayrılmış müddətindən sonra da postunu tərk etmək istəməyən prezidentlərə xəbərdarlıq edərək deyib ki, "Heç kəs ömürlük prezident olmamalıdır”.

Bu qədər pulları ola-ola niyə getmirlər?

Efiopiya paytaxtında etdiyi çıxışda cənab Obama belə bir sual verib: "Mən başa düşə bilmirəm ki, adamlar, xüsusən də bu qədər pulları ola-ola niyə daha uzun müddətə hakimiyyətdə qalmaq istəyirlər?”

Təhliçilər bildirirlər ki, prezident çıxışında yalnız Burundidəki seçkiləri qeyd etsə də, əslində onun xitabı bütün dünya boyunca prezidentlik müddətlərini uzadan bütün döklət başçılarına ünvanlanıb.

Bir nəfərin üstündə qurulan ölkə iflasdır

"Bəzən liderlər deyirlər: "Mən bu ölkəni bütöv saxlamağa qadir yeganə şəxsəm”. Əgər bu doğrudursa, onda həmin liderlər öz ölkələrini qurmaq işində iflasa uğrayıblar” – deyib ABŞ prezidenti.

Cənab Obama deyib ki, demokratiya təkcə seçki keçirməkdən ibarət deyildir: "Əgər jurnalistlər öz işlərini gördüklərinə görə dəmir barmaqlıqlar arxasına salınırlarsa və ya fəallar hökumətin vətəndaş cəmiyyəti üzərinə hücumları ilə hədələnirlərsə, onda deməli demokratiyanın özü yox, adı var…”

"Korrupsiya xərçəngi”

ABŞ prezidenti özü barədə zarafat etməyi də unutmayıb.

"Düşünürəm ki, mən yaxşı prezidentəm. Əgər seçkiyə qatılsam, qalib gələ bilərdim. Amma bunu edə bilmərəm” – deyib Obama.

Cənab Obama həmçinin öz çıxışında "korrupsiya xərçəngi”ndən danışıb.

O liderləri Yaxın Şərqdə və Şimali Afrikada baş verənlərdən nəticə çıxarmağa çağırıb.

Barack Obama deyib ki, gənclərin işsizliyi, üstəlik də səslərin boğulması sabitliyin və asayişin pozulmasına səbəb olur. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM