Obama: Böyük Britaniya Avropa İttifaqında qalmalıdır

09:11 | 24.07.2015
Obama: Böyük Britaniya Avropa İttifaqında qalmalıdır

Obama: Böyük Britaniya Avropa İttifaqında qalmalıdır

ABŞ prezidenti Barak Obama hesab edir ki, Böyük Brutaniya Avropa İttifaqının (Aİ) üzvlüyündən imtina etməməlidir.

"Report"un məlumatına görə, BBC telekanalına müsahibə verən Ağ Ev rəhbəri bildirib ki, Aİ üzvlüqü rəsmi Londonun beynəlxalq arenadaki mövqelərini möhkəmləndirir.

Obamanın sözlərinə görə, Avropa İttifaqının mövcudluğu qlobal siyasətdə təhlükəsizlik amilini gücləndirib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron 2017-ci ilin sonunda ölkəsində Aİ üzvlüyünə dair referendum keçirmək niyyətindədir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM